Boris Conson Angela Merkellə görüşüb

Boris Conson Angela Merkellə görüşüb
# 02 iyul 2021 18:04 (UTC +04:00)

Boris Conson və Angela Merkel arasında görüş keçirilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Angela Merkel Almaniya kansleri olaraq Britaniyaya son rəsmi səfəri çərçivəsində baş nazir Boris Conson ilə görüşüb. Görüş Boris Consonun şəhər kənarı bağ evi olan Chequersda baş tutub.

İki lider əsasən COVİD-19 və səyahət məhdudiyyətləri ilə bağlı məsələləri müzakirə ediblər. Angela Merkel bildirib ki, Almaniya səyahət məhdudiyyətlərini davamlı olaraq nəzərdən keçirir. Kansler gələcəkdə peyvəndin hər iki dozasını qəbul edən britaniyalıların Avropaya karantinə ehtiyac olmadan səyahət edə biləcəklərinə ümid etdiyini deyib.

Qeyd edək ki, may ayından bəri bəzi istisnalar xaricində Britaniyadan Almaniyaya giriş qadağan edilib. Səyahət edə bilənlər isə 14 gün karantində qalmalıdırlar. Bundan əlavə, beş milyona yaxın britaniyalı Aİ-nin peyvənd pasportu sxeminə uyğun gəlmir. Buna səbəb isə onların qəbul etdikləri “AstraZeneca” peyvəndinin Hindistanda istehsal olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR