Boris Conson: “Lazım gələrsə, “Taliban”la işləməyə hazırıq”

Britaniyanın Baş naziri Boris Conson

© APA | Britaniyanın Baş naziri Boris Conson

# 20 avqust 2021 23:21 (UTC +04:00)

Britaniyanın Baş naziri Boris Conson Əfqanıstan böhranının diplomatik və siyasi həlli yolunda “Taliban” hərəkatının nümayəndələri ilə işləməyə hazır olduğunu zəmanət verib.

APA xəbər verir ki, Consan bu barədə “Cobra” fövqəladə komitəsinin iclasından sonra “Sky News”a açıqlamasında bildirib.

“İnsanları əmin etmək istəyirəm ki, Əfqanıstandakı vəziyyətə siyasi və diplomatik həll yolları axtarmağa davam edəcəyik və əlbəttə ki, zərurət yarandıqda “Taliban”la işləyəcəyik”, deyə Conson vurğulayıb.

Baş nazir əlavə edib ki, Əfqanıstanda vəziyyət bir qədər yaxşılaşıb: “Vəziyyət bir az da yaxşılaşır və Kabil hava limanında sabitlik görürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR