Boris Conson və Vladimir Putin arasında telefon danışığı olub 

Boris Conson və Vladimir Putin arasında telefon danışığı olub 

© APA | Boris Conson və Vladimir Putin arasında telefon danışığı olub 

# 25 oktyabr 2021 20:19 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Birləşmiş Krallığın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Hər iki lider BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP 26) ərəfəsində qarşılıqlı fikir mübadiləsi aparıb.

Məlumatda deyilir ki, Britaniya və Rusiya iqlim dəyişikliyi kimi ortaq problemlərin öhdəsindən gəlmək, İranla Nüvə Sazişi kimi beynəlxalq müqavilələri qorumaq üçün birlikdə çalışmağa məsuliyyət daşıyırlar.

Liderlər Əfqanıstandakı mövcud vəziyyəti də müzakirə ediblər.

Baş nazir “Taliban”ın tanınmasının onların insan hüquqlarına hörmət də daxil olmaqla digər davranışlarından asılı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR