Borrell: “Aİ Suriyada keçirilmiş prezident seçkilərini tanımır”

Cozep Borrell

© APA | Cozep Borrell

# 28 may 2021 10:33 (UTC +04:00)

“Avropa İttifaqı (Aİ) Suriyada keçirilmiş prezident seçkilərini tanımır”.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

O qeyd edib ki, azad və şəffaf keçirilməyən seçkilər Suriyadakı münaqişənin həllinə heç bir şəkildə yardım etməyəcək.

Xatırladaq ki, mayın 26-da Suriyada prezident seçkiləri keçirilib. Seçkilərin nəticəsinə əsasən Bəşər Əsədin 95.1% səs çoxluğu ilə dördüncü dəfə prezident seçildiyi elan edilib. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və ABŞ xarici işlər nazirləri Suriyada keçirilən seçkiləri tənqid ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR