Borrell: “Rusiya ən böyük qonşumuzdur, Aİ bunu nəzərə almalıdır”

Cozep Borrell

© APA | Cozep Borrell

# 29 iyun 2021 13:57 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-Rusiya münasibətlərinə həsr olunmuş məqalə ilə çıxış edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, C. Borrell yaxın gələcəkdə Rusiyanın Avropa İttifaqına münasibətdə davranış modelini dəyişdirməsi ehtimalının az olduğunu bildirib.

“Nəticədə Rusiya bizim ən böyük qonşumuzdur. O, heç yerə gedən deyil və yaxın gələcəkdə Rusiyanın davranışlarında əhəmiyyətli siyasi dəyişikliklərin olacağı ehtimalı azdır. Avropa İttifaqı bunu nəzərə almalı, maraqlarımızı və dəyərlərimizi qoruyan və eskalasiya dinamikasını dayandıran bu və ya digər şəkildə birlikdə yaşamağa imkan verəcək siyasət işləyib hazırlamalıdır”, - deyə o vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsi onu da qeyd edib ki, Rusiya Aİ-yə üzv ölkələrə münasibətdə beynəlxalq hüququ pozmağa davam edəcəyi təqdirdə ona qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR