Böyük Britaniyada “COVID pasportu”nun tətbiqinə başlanılmayacaq

Böyük Britaniyada “COVID pasportu”nun tətbiqinə başlanılmayacaq
# 12 sentyabr 2021 16:27 (UTC +04:00)

Böyük Britaniyada vaksin pasportunun tətbiqinə başlanılmayacaq.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniyanın Səhiyyə naziri Sacid Cavid BBC-yə açıqlamasında deyib.

O bildirib ki, hökumət lazımı araşdırmalar apararaq Böyük Britaniyada “COVID pasportu”nun tətbiqinə ehtiyac olmadığı qərarına gəlib.

Qeyd edək ki, ötən həftələrdə Böyük Britaniyadakı gecə klublarına və iri miqyaslı tədbirlərə giriş üçün insanlardan “COVID pasportu”larının tələbi ilə bağlı müzakirələr gedirdi.

Sacid Cavid həmçinin xarici ölkələrdən Britaniyaya səyahət edən insanlardan PCR testinin tələbi ilə bağlı qaydanın ləğv edilməsi üçün hökumət nümayəndələrinə müraciət etdiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR