Böyük Britaniyada son sutkada 11 625 nəfər koronavirusa yoluxub

London

© APA | London

# 22 iyun 2021 19:32 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 11 625 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, bununla da koranavirusa yoluxanların ümumi sayı 4 651 988 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 27 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 008 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR