Böyük Britaniyada son sutkada koronavirusdan 165 nəfər həyatını itirib  

Böyük Britaniyada son sutkada koronavirusdan 165 nəfər həyatını itirib  
# 23 noyabr 2021 22:30 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 42 484 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 9 932 408 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 165 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 144 137 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR