Yeni növ koronavirus (COVID-19) infeksiyasının simptomatik müalicəsi üçün hazırlanmış ilk həb Böyük Britaniyanın dərman tənzimləyicisi tərəfindən təsdiqlənib.
APA-nın Avropa bürosunun BBC-yə istinadən verdiyi xəbərə görə, “Molnupiravir” adlanan həb qısa müddət ərzində xəstəlik diaqnozu qoyulmuş həssas xəstələrə gündə iki dəfə verilməyə başlanacaq.
“Bu gün ölkəmiz üçün tarixi bir gündür. Çünki Böyük Britaniya dünyada COVID-19-un müalicəsi üçün evdə qəbul edilə bilən antiviral dərmanı təsdiqləyən ilk ölkədir”, - Britaniyanın səhiyyə naziri Sacid Cavid qeyd edib.