Britaniya hərbçiləri Kabili tərk edib - VİDEO

Britaniya hərbçiləri Kabili tərk edib - VİDEO
# 29 avqust 2021 04:18 (UTC +04:00)

Böyük Britaniya hərbçilərini təxliyə edən son təyyarə Kabil hava limanını tərk edib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Ən həssas mülki əhalinin təxliyəsi üçün böyük təzyiq altında və ağır şəraitdə cəsarətlə çalışan hər kəsə təşəkkür edirik", deyə məlumatda vurğulanıb.

Baş nazir Boris Conson da Kabildə evakuasiya işlərində iştirak edən hərbçilərə öz qəhrəmanlıqlarına görə təşəkkür edib.

Qeyd edək ki, bununla da Britaniyanın Əfqanıstanda 20 il əvvəl başlayan missiyası başa çatıb.

Kabildə son iki həftə ərzində, təxminən min Britaniya hərbçisi 15 min insanın təxliyə edilməsinə kömək edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR