Britaniya kraliçasının vəziyyəti məlum olub

Britaniya kraliçasının vəziyyəti məlum olub
# 18 noyabr 2021 00:08 (UTC +04:00)

Böyük Britaniya kraliçası II Elizabetin səhhəti ilə bağlı vəziyyət ictimailəşib.

APA-nın xəbərinə görə, şahzadə Çarlz bu barədə İrlandiyaya səfəri zamanı məlumat verib.

“Şükür ki, hər şey qaydasındadır. 95 yaşlı şəxs üçün heç nə əvvəlki kimi asan deyil” deyə şahzadə bildirib.

Qeyd edək ki, həkimlərin təkidi ilə kraliça bir neçə həftədir böyük tədbirlərdə iştirak etmir. O, ictimaiyyət arasında son dəfə oktyabrın 19-da görünüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR