Britaniya "Taliban" ilə danışıqlara başlayıb

Britaniya "Taliban" ilə danışıqlara başlayıb
# 01 sentyabr 2021 02:02 (UTC +04:00)

Əfqanıstandan keçid üzrə Britaniyanın xüsusi nümayəndəsi Saymon Qass Dohada "Taliban" nümayəndələri ilə görüş keçirib.

APA-nın Britaniya bürosunun "Sky News"a istinadən verdiyi xəbərə görə, o, görüş zamanı Britaniya vətəndaşları üçün Əfqanıstandan təhlükəsiz keçməyin vacibliyini vurğulayıb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Saymon Qass "Taliban" nümayəndələri ilə görüş zamanı Əfqanıstanda qalan Britaniya vətəndaşları, habelə iyirmi ildən çoxdur ki, Britaniya üçün işləyən əfqanlar üçün təhlükəsiz keçid yaratmağın əhəmiyyətinə toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR