Britaniya və Rusiya XİN başçıları arasında telefon danışığı olacaq

Britaniya və Rusiya XİN başçıları arasında telefon danışığı olacaq

© APA | Dominik Raab

# 11 iyun 2021 16:55 (UTC +04:00)

Böyük Britaniya və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, telefon danışığı növbəti həftəyə planlaşdırılıb.

Qeyd edək ki, daha əvvəl Britaniya XİN başçısı Dominik Raab rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmaq barədə niyyətini bildirib. Lakin nazir hansı məsələlərin müzakirə olunacağını açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR