Britaniya XİN başçısı Kabil aeroportunun təhlükəsizliyini təmin etdiyi üçün Türkiyəyə təşəkkür edib

Dominik Raab, Mövlud Çavuşoğlu

© APA | Dominik Raab, Mövlud Çavuşoğlu

# 20 avqust 2021 10:42 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Türkiyəyə təşəkkür edib.

APA-nın xəbərinə görə, XİN başçısı “Twitter”də bildirib ki, o, Türkiyə hərbçilərinin Britaniya hərbçiləri ilə birgə Kabil hava limanını qorumaq qətiyyətinə görə türkiyəli həmkarı Mövlud Çavuşoğluna təşəkkürünü ifadə edib.

“Britaniya və Türkiyə təxliyələrin təhlükəsiz şəkildə davam etməsini təmin etmək üçün Əfqanıstanda sıx əməkdaşlıq edir”, - deyə Dominik Raab qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR