Britaniyada 42 mindən çox insanda koronavirus aşkarlanıb

Britaniyada 42 mindən çox insanda koronavirus aşkarlanıb
# 14 iyul 2021 20:26 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 42 302 nəfər koronavirusa yoluxub. Bu yanvarın ortasından bəri qeydə alınan sutkalıq ən yüksək göstəricidir.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bununla da Britaniyada koranavirusa yoluxanların ümumi sayı 5 233 761 nəfərə çatıb.

Son sutka ərzində 49 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 530 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR