Britaniyada “Delta” ştammının təhlükəli növü yayılıb

Britaniyada “Delta” ştammının təhlükəli növü yayılıb
# 20 oktyabr 2021 03:18 (UTC +04:00)

Böyük Britaniyada daha yoluxucu koronavirus növü yayılıb.

APA-nın məlumatına görə, bu barədə Kembricin Senqer İnstitutunun alimi Jeffri Barrett və London Universitetnin mütəxəssisi Fransua Ballu açıqlama verib.

Mütəxəssislərin “AY.4.2” adlandırdıqları variant “Delta” ştammının növü hesab edilir.

Bildirilib ki, bu növün infeksiyaya yoluxdurma gücü 10-15% artıqdır.

Tədqiqatçıların fikrincə, “AY.4.2” ilə bağlı ilkin məlumatlar təsdiqlənərsə, pandemiya başlayandan bəri ən təhlükəli virus növü kimi qeydə alınacaq.

Alimlər qeyd edib ki, hazırda yeni növün kütləvi şəkildə yayılma təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR