Britaniyada Omicron ştamına yoluxanların sayı 336 nəfərə çatıb 

Britaniyada Omicron ştamına yoluxanların sayı 336 nəfərə çatıb 
# 06 dekabr 2021 20:15 (UTC +04:00)

Böyük Britaniayda son sutka ərzində 90 nəfər Omicron ştamına yoluxub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bununla da ümumilikdə Britaniyada Omicron ştamına yoluxanların sayı 336 nəfərə çatıb.

Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi son yoluxmaların 64-nün İngiltərədə, 23-nün Şotlandiyada, 3-nün isə Uelsdə aşkarlandığını bildirib.

Qeyd edilib ki, Şimali İrlandiyada indiyədək Omicrona yoluxma hadisəsi qeydə alınmayıb.

Mütəxəssislər, həmçinin, Omicronun Delta variantından daha tez yayıldığına dair öz narahatlıqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR