Britaniyada son bir gündə 25 minədək insan koronavirusa yoluxub

Britaniyada son bir gündə 25 minədək insan koronavirusa yoluxub
# 26 iyul 2021 21:46 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 24 950 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 722 298 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 14 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 129 172 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR