Britaniyada son sutkada koronavirusdan 13 nəfər həyatını itirib

Britaniyada son sutkada koronavirusdan 13 nəfər həyatını itirib
# 05 iyun 2021 21:24 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 5765 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 511 669 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 13 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 836 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR