Britaniyada son sutkada koronavirusdan 38 nəfər həyatını itirib

Britaniyada son sutkada koronavirusdan 38 nəfər həyatını itirib
# 25 oktyabr 2021 22:34 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 36 567 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 809 774 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 38 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 139 571 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR