Britaniyada son sutkada koronavirusdan 45 nəfər həyatını itirib

Britaniyada son sutkada koronavirusdan 45 nəfər həyatını itirib
# 18 oktyabr 2021 22:32 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 49 156 nəfər koronavirusa yoluxub. Bu iyulun 17-dən bəri görülən ən yüksək göstəricidir.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, koranavirusa yoluxanların ümumi sayı 8 497 868 nəfərə çatıb.

Son sutka ərzində 45 nəfər koronavirusdan həyatını itirib.

Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 138 629 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR