Britaniyanın dövlət naziri Türkiyəyə səfər edəcək

Britaniyanın dövlət naziri Türkiyəyə səfər edəcək
# 27 iyun 2021 03:58 (UTC +04:00)

Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyinin nəzdində avropa və amerikalılardan məsul dövlət naziri Vendi Morton 27-29 iyun 2021-ci il tarixlərində Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, səfər çərçivsində qonaq BMT-nin Ankara və Suriyaya qarşı sərhədyanı yardım əməliyyatlarının keçirildiyi Hatayı ziyarət edəcək.

O, həmçinin xarici işlər nazirinin müavini, Avropa İttifaqı işləri üzrə rəhbər Faruk Kaymakcı ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, iqlim dəyişikliyi daxil olmaqla regional və qlobal məsələlərdə əməkdaşlıq, Türkiyə-Aİ və Britaniya-Aİ əlaqələrinin müzakirə ediləcəyi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR