Britaniyanın səhiyyə naziri: "Peyvənd işə yarayır"

Britaniyanın səhiyyə naziri Sajid Javid

© APA | Britaniyanın səhiyyə naziri Sajid Javid

# 06 iyul 2021 12:18 (UTC +04:00)

"Dünya artıq yalnız COVID-19 haqqında düşünə bilməz və pandemiya dövründə ortaya çıxan digər kritik sağlamlıq, iqtisadi və təhsil problemlərini görməzdən gələ bilməz".

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bunu Britaniyanın səhiyyə naziri Sajid Javid deyib.

"Düşündüyümüz tək şeyin COVID olduğu və digər sağlamlıq, iqtisadi, təhsil problemlərimizi düşünmədiyimiz bir dünyada yaşaya bilmərik. Peyvənddən istifadə etməliyik, o işə yarayır", - deyə nazir bildirib.

Səhiyyə naziri bu posta təyin olunduqdan sonra gördüklərindən heyrətləndiyini deyib.

"7 milyon insan pandemiya zamanı sağlamlıq problemləri ilə əlaqədar Milli Səhiyyə Xidmətindən yararlana bilməyib", - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR