Çaddan Parisə uçan “Air France”a məxsus təyyarədə bomba həyəcanı yaşanıb

Çaddan Parisə uçan “Air France”a məxsus təyyarədə bomba həyəcanı yaşanıb
# 04 iyun 2021 04:15 (UTC +04:00)

Fransa Daxili İşlər Nazirliyinə Çadın paytaxtı Ncamenadan Parisə uçan “Air France” şirkətin məxsus təyyarənin göyərtəsinə partlayıcı yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

APA “BFM” telekanalına istinadən xəbər verir ki, dərhal təyyarəni havada müşaiyət etmək üçün Lyon şəhəri yaxınlığındakı hərbi bazadan qırıcısı qaldırılıb.

Saat 18: 01-də təyyaə ”Roissy-Charles de Gaulle” hava limanına eniş edib.

Bütün sərnişinlər evakuasiya edildikdən sonra nazirliyin mina axtaran mütəxəssisləri təyyarəni nəzərdən keçirib.

Fransanın daxili işlər naziri Gerald Darmanen “Twitter” hesabında yazıb ki, mütəxəssislər təyyarədə heç bir partlayıcı tapmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR