Çavuşoğlu Aİ-nin Ali Nümayəndəsi ilə görüşüb

Çavuşoğlu Aİ-nin Ali Nümayəndəsi ilə görüşüb
# 18 iyun 2021 13:24 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

Görüşdə Türkiyə-Aİ gündəmində duran məsələlər, Gömrük İttifaqının yenilənməsi, miqrasiya və viza rejiminin liberallaşdırılması müzakirə olunub.

Xatırladaq ki Aİ-nin Ali Nümayəndəsi Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesi və Antalya Diplomatiya Forumunun iclaslarında iştirak etmək üçün Türkiyədə səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR