Çavuşoğlu Belqradda Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 09 oktyabr 2021 13:28 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə M. Çavuşoğlu venesuelalı həmkarı ilə bu gün keçirdiyi birgə mətbuat konfransında bildirib.

O, sabah Serbiyaya yola düşəcəyini, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçiriləcək yüksək səviyyəli yubiley toplantısında iştirak edəcəyini qeyd edib.

Türkiyə XİN rəhbəri ölkəsinin Qoşulmama Hərəkatına üzv olmadığını da xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR