Çavuşoğlu: “Əfqanıstan mövzusunda 24 ölkənin xarici işlər naziri ilə görüşmüşəm”

Çavuşoğlu: “Əfqanıstan mövzusunda 24 ölkənin xarici işlər naziri ilə görüşmüşəm”
# 24 avqust 2021 14:03 (UTC +04:00)

“Əfqanıstan mövzusunda NATO-nun baş katibi də daxil, 24 ölkənin xarici işlər nazirilə görüşmüşəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Türkiyədə səfərdə olan Uruqvayın xarici işlər naziri Fransisko Bustillo Bonasso ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, Əfqanıstanda sabitliyin yaradılması üçün intensiv diplomatik əlaqələr davam edir: “Əfqanıstanla bağlı gələcəkdə atılacaq addımlar üçün həmrəylik və koordinasiya, eləcə də Kabil Beynəlxalq Hava limanındakı mövcud vəziyyətlə əlaqədar əməkdaşlıq çox vacibdir. Məqsədimiz Əfqanıstanda sülhə və dincliyə nail olmaqdır, bu istiqamətdə bir qrupla deyil, bütün tərəflərlə əlaqələr qururuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR