Çavuşoğlu: “Əfqanıstan probleminin həllində başqa ölkələrlə əməkdaşlıq vacibdir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

© APA | Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

# 02 sentyabr 2021 17:08 (UTC +04:00)

“Əfqanıstandakı vəziyyətin aradan qaldırılması üçün əməkdaşlıq vacibdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Ankarada səfərdə olan Hollandiyanın Xarici işlər naziri Sixrid Kaaxla birgə keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda qurulacaq hökumətin müəyyənləşdirilməsi, miqrasiya məsələləri, hava limanının işlədilməsi problemlərinin həlli təkbaşına Türkiyənin və ya Qətərin həll edəcəyi məsələ deyil, bunların koordinasiya olunmasında əməkdaşlıq vacibdir.

M.Çavuşoğlu Kabil Hava Limanının indiki şərtlərlə ikimərhələli şəkildə fəaliyyət göstərə biləsəyilə bağlı fikirlərini də bildirib: “Hazırkı vəziyyətdə bir-iki uçuş enmə zolağında problemləri aradan qaldırmaqla bərabər, hərbi təyyarələr Əfqanıstandan getmək istəyən fərqli ölkələrin vətəndaşlarını təxliyyə edə bilər, bu halda hava limanı istifadəyə açıq olar. Bununla da hava limanı istifadə üçün test edilər. Daha sonra ticarət əlaqələri uçuşlarının test edilməsi üçün şərtlərin olması lazımdır”.

Türkiyənin XİN başçısı deyib ki, bütün bunlar üçün isə ən vacib məsələ hava limanının təhlükəsizliyidir: “Bu məsuliyyəti kim öz üzərinə götürəcək, bu, müəyyənləşməlidir. Biz əvvəlcədən də hava limanının təhlükəsizliyi üçün iradə ortaya qoymuşduq, amma indi şərtlər dəyişib. İndi “Taliban”, eləcə də bəzi ölkələrdən də bizimlə əməkdaşlıq istəkləri var, bunların hamısını dəyərləndiririk. Amma öncədən də dediyimiz kimi, başlıca məsələ hava limanının təhlükəsizliyidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR