Çavuşoğlu Moldovaya səfər edəcək

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 17 noyabr 2021 13:28 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldovaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqasiya naziri Niku Popeskunun dəvəti ilə noyabrın 18-də reallaşacaq.

Səfər çərçivəsində Türkiyə XİN rəhbəri moldovalı həmkarı ilə, eyni zamanda, Moldovanın Prezidenti Maya Sandu, parlamentin spikeri İqor Qrosu və Baş nazir Nataliya Qavrilita ilə görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR