Çavuşoğlu: “Yunanıstanla əlaqələrimizin inkişaf etməsi üçün dialoqa hazırıq”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 31 may 2021 14:38 (UTC +04:00)

“Beş illik fasilədən sonra Yunanıstandayıq. Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və həmkarım Nikos Dendiasla görüşlərdə ikitərəfli əlaqələrimizi əhatəli bir şəkildə müzakirə etmək imkanımız oldu”.

APA-nın xəbərinə görə, bunu Yunanıstanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, Yunanıstanla enerji, turizm, ticarət, nəqliyyat kimi sahələrdə 25 maddədən ibarət sənəd üzərində müzakirələr aparılıb və saziş qəbul olunub.

“Siyasi və hərbi dialoqumuz da bütün sahələrdə irəliləyir. Fikir ayrılıqlarımız olan sahələrdəki məsələlərin qonşuluq prinsipləri əsasında həll olunmasını istəyirik. Yunanıstanla əlaqələrimizin hər sahədə inkişaf etməsi üçün dialoqa hazırıq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

O, iki ölkə liderinin iyunun 14-də keçiriləcək NATO toplantısında görüşü üçün hazırlıqların aparılacağını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR