Cen Lennonun heç vaxt dərc olunmayan müsahibəsinin kasetləri 50 min dollara satılıb

Cen Lennonun heç vaxt dərc olunmayan müsahibəsinin kasetləri 50 min dollara satılıb
# 29 sentyabr 2021 06:48 (UTC +04:00)

Keçmiş “Beatles” qrupunun solisti Con Lennon və həyat yoldaşı Yoko Onodan alınmış və heç vaxt dərc olunmayan müsahibənin kasetləri auksionda 37 min funt-sterlinqə (50 min dollar) satılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə hərracı keçirən “Omega Auctions” hərrac evindən bildirilib.

Cütlüyün 1969 və 1970-ci illərdə kanadalı müstəqil jurnalist Ken Zeyliqə verdiyi üç müsahibəsi 91 dəqiqədir. Lotun təxmini dəyəri 20-30 min funt-sterlinq (27-40 min dollar) dəyərləndirilirdi.

Hərrac evinin sözçüsü Pol Feyruizer bildirib ki, lent yazıları jurnalistin uşaqları tərəfindən hərraca çıxarılıb: “Bu, fantastik bir nəticədir və biz satıcılar adına çox sevinirik. Bu, Con Lennonun “Beatles” barədə, 1960-cı illərin sonlarında cəmiyyət və siyasət haqqında çox vacib fikirlərinin və rəylərinin olduğu mükəmməl bir tarix parçasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR