Çernoqoriya Prezidenti Gürcüstanda səfərdədir

Milo Cukanoviç

© APA | Milo Cukanoviç

# 07 oktyabr 2021 10:14 (UTC +04:00)

Çernoqoriya Prezidenti Milo Cukanoviç Gürcüstana rəsmi səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Çernoqoriya Prezidentini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancalia və Prezident Administrasiyasının nümayəndələri qarşılayıb.

Səfər çərçivəsində Milo Cukanoviç Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə təkbətək görüşlər keçirəcək.

Daha sonra iki ölkənin nümayəndə heyətləri arasında geniştərkibli görüş də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR