Çexiya Baş naziri: “Əfqanıstandan olan qaçqınlar üçün artıq Avropada yer yoxdur”

Çexiyanın Baş naziri Andrey Babiş

© APA | Çexiyanın Baş naziri Andrey Babiş

# 07 sentyabr 2021 22:35 (UTC +04:00)

“Avropa Birliyi ölkələrində Əfqanıstandan gələn qaçqınlar üçün artıq yer yoxdur. Bu Yaxın Şərq ölkəsindən olan potensial miqrantların vətənlərində yardıma ehtiyacı var”.
APA xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş çərşənbə axşamı Lednitse şəhərində Slovakiyanın Baş naziri Eduard Heger və Avstriya hökumət başçısı Sebastyan Kurz ilə keçirdiyi görüşün yekununda keçirilən mətbuat konfransında deyib.

Babiş üçtərəfli görüş zamanı Əfqanıstandakı vəziyyəti də müzakirə etdiklərini deyib: Əfqanıstandakı vəziyyət gözlənilməz olaraq qalır. Əfqanların vətənlərində qalmaları üçün onlara kömək etmək istəyirik. Avropada onsuz da əslində onlara yer yoxdur”.

Çexiya Baş naziri əlavə edib ki, slovakiyalı və avstriyalı həmkarları onun fikirlərini dəstəkləyib.

Görüşdə koronavirus pandemiyasına qarşı mübarizə də müzakirə edilib. Baş nazirlər ölkələrinin sakinlərini COVID əleyhinə peyvənd olunmağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR