Çexiya prezidenti hökumətin istefasını təsdiqləyib

Çexiya prezidenti hökumətin istefasını təsdiqləyib
# 11 noyabr 2021 22:32 (UTC +04:00)

Çexiya Prezidenti Miloş Zeman Baş nazir Andrey Babişin rəhbərlik etdiyi hökumətin istefasını təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi İrji Ovçaçek özünün sosial şəbəkə hesabında məlumat verib. Ovçaçek bildirib ki, dövlət başçısı konstitusiyaya uyğun şəkildə hökumətin istefasını qəbul edib.

Qeyd edək ki, hökumət 8-9 oktyabr tarixlərində keçirilən seçkilərin nəticələrinə əsasən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR