Çexiya Vrbetitse insidentinə görə Rusiyadan 25,5 mln. avro təzminat tələb edir

Çexiya Vrbetitse insidentinə görə Rusiyadan 25,5 mln. avro təzminat tələb edir
# 28 iyun 2021 21:21 (UTC +04:00)

Rəsmi Praqa 2014-cü ildə Vrbetitse hərbi anbarlarında baş vermiş partlayışlar nəticəsində dəymiş ziyana görə Moskvadan tam təzminat tələb edir. Çexiya bu insidentdə Rusiya xüsusi xidmət orqanlarının əlinin olduğunu düşünür.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Mlada fronta Dnes” qəzeti yazıb.

Çexiya xarici işlər nazirinin müavini Martin Smolek Rusiyanın Praqadakı səfiri Aleksandr Zmeyevskiyə bununla bağlı müvafiq nota təqdim edib. Praqa rəhbərliyi dəymiş ziyanın 650 milyon kron və ya 25,5 milyon avro olduğunu qeyd edib.

Nazir müavini Çex Respublikasının dost olmayan dövlətlər siyahısına salınması səbəbindən də Moskvanı beynəlxalq hüququ pozmaqda günahlandırıb.

Qəzetin yazdığına görə, Çexiya Daxili İşlər Nazirliyi Vrbetitsedəki partlayışa görə təzminatın bölünməsi haqqında qanun layihəsi hazırlayıb. Belə olan halda 350 milyon kron zərər dəyən yaşayış məntəqələrinin rəhbərliyinə, qalan 300 milyon isə birbaşa ziyan dəymiş vətəndaşlara yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR