Çexiyada baş verən güclü qasırğa qurbanlarının sayı 6-ya çatıb

Çexiyada baş verən güclü qasırğa qurbanlarının sayı 6-ya çatıb
# 27 iyun 2021 22:18 (UTC +04:00)

Çexiyanın Cənubi Moraviya bölgəsində yerləşən Brjeslav və Qodonin şəhərlərində baş verən qasırğa nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA “Çex” radiosuna istinadən xəbər verir ki, növbəti qurban 2 yaşlı bölgənin inzibati mərkəzi Brno şəhər sakinidir.

O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Çexiya Prezidenti Miloş Zeman və Baş nazir Andrey Babiş ölən azyaşlı qızın valideynlərinə başsağlığı verib.

Qeyd edək ki, Cənubi Moraviya bölgəsində qasırğanın vurduğu ziyanın miqdarı az 12 milyard kron (təxminən 471 milyon avro) olacaq. 1200 yaşayış binası zədələnib ki, bunların 70-dən çoxunun bərpa edilməsinin mümkünsüz olduğu bildirilib, hamısı söküləcək.

Xatırladaq ki, sözü gedən təbiət hadisəsi 2001-ci ildən bəri Avropada ən dağıdıcı qasırğa hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR