Çexiyada iki qatar toqquşub, ölənlər və yaralananlar var

Cexiyada iki qatar toqquşub

© APA | Cexiyada iki qatar toqquşub

# 04 avqust 2021 12:13 (UTC +04:00)

Çexiyada iki qatar toqquşub.

APA-nın DW-yə istinadən verdiyi xəbərə görə, hadisə Pilsen şəhəri yaxınlığında, Domazlice və Blizejov stansiyaları arasında baş verib.

Qataraların toqquşması nəticəsində iki nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. Onlardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

Polis yaralıların xəstəxanaya aparılması üçün hadisə yerinə təcili tibbi yardım xidmətinin və helikopterlərin cəlb olunduğunu bildirib.

Çexiyanın nəqliyyat naziri Karel Havliçek də hadisə yerinə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR