Çexiyada kino çəkilişində partlayış olub, bir nəfərin ayağı amputasiya edilib

Çexiyada kino çəkilişində partlayış olub, bir nəfərin ayağı amputasiya edilib
# 03 iyul 2021 15:12 (UTC +04:00)

Çex Respublikasının paytaxtı Praqada kino çəkilişləri zamanı partlayış olub.

APA-nın məlumatına görə, Çex radiosu xəbər verir ki, partlayış cinayətkar aləmdən bəs edən kəskin süjetli filmin çəkilişləri zamanı baş verib.

Dekorasiyalar çəkilişə hazırlanan zaman naməlum kimyəvi maddə partlayıb. Partlayış nəticəsində üç nəfər yaralanıb.

Haralılar xəstəxanaya yerləşdirilib, həkimlər onlardan birinin ayağı amputasiya etmək məcburiyyətində qalıb.

Partlayışın ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Polis hadisənin təfərrüatlarını hələlik açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR