Çexiyada quş qripinin yüksək ağırlaşdırıcı ştammı aşkarlanıb

Çexiyada quş qripinin yüksək ağırlaşdırıcı ştammı aşkarlanıb
# 30 sentyabr 2021 01:26 (UTC +04:00)

Çexiyanın Pribram şəhərinin Trxove-Duşniki kəndində ev qazlarında H5N1 quş qripi virusunun yüksək ağırlaşdırıcı ştammı aşkar edilib.

APA xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Xəstəlik beş ev qazında aşkarlanıb.

Qeyd edək ki, bu, Çexiyada cari ildə 39-cu yoluxma hadisəsidir. Xəstəliklə əlaqədar olaraq, son səkkiz ay ərzində respublikada 250 minə yaxın quş məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR