Çexiyanın mədəniyyət naziri yol qəzasına düşüb 

Çexiyanın mədəniyyət naziri yol qəzasına düşüb 
# 28 may 2021 06:12 (UTC +04:00)

Çex Respublikasının mədəniyyət naziri Lubomir Zaoralekin xidməti avtomobilində Ostrava şəhərinə gedərkən yol qəzasına düşüb.

APA yerli “Çex Radiosu”na istinadən xəbər verir ki, hadisə magistral yolun 19-cu kilometrliyində baş verib.

Nazirin olduğu avtomobil, Bolqarıstandakı nəqliyyat şirkətlərindən birinə aid olan yük maşını ilə toqquşub.

Polisin verdiyi məlumata görə, zərərçəkən olmayıb, lakin Praqa istiqamətindəki magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR