Conson BMT-nin Əfqanıstan üzrə danışıqlarda rol oynamasını vacib hesab edir

Böyük Britaniyanın Baş naziri Boris Conson və BMT-nin Baş katibi Antonio Quterreş

© APA | Böyük Britaniyanın Baş naziri Boris Conson və BMT-nin Baş katibi Antonio Quterreş

# 22 avqust 2021 00:42 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson BMT-nin Baş katibi Antonio Quterreşlə Əfqanıstandakı mövcud vəziyyətlə bağlı telefon danışığı aparıb.

APA-nın Britaniya bürosunun Baş nazirin ofisinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı B.Conson BMT-nin həm Əfqanıstandakı vəziyyətə humanitar müdaxilədə, həm də ölkənin gələcəyi ilə bağlı beynəlxalq danışıqlarda mərkəzi rol oynamasının vacibliyini vurğulayıb və bu səylərin həyata keçirilməsində Britaniyanın da dəstək nümayiş etdirəcəyinə söz verib.

Boris Conson və Antonio Quterreş BMT Təhlükəsizlik Şurası vasitəsilə yaxın günlərdə sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR