Conson Əfqanıstanı müzakirə etmək üçün G7 liderlərinin görüşünün keçirilməsini təklif edib

Britaniyanın Baş naziri Boris Conson

© APA | Britaniyanın Baş naziri Boris Conson

# 17 avqust 2021 06:19 (UTC +04:00)

Britaniyanın Baş naziri Boris Conson Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün G7 ölkələrinin liderlərinin virtual formatda görüşünün keçirilməsini təklif edib.

APA xəbər verir ki, bu barədə Baş nazirin Katibliyi Consonun Fransa Prezidenti Emmanuel Makronla telefon danışığının ardından bəyanat yayıb.

Bəyanatda deyilir ki, Conson beynəlxalq birliyin həm gələcək hökuməti tanıması, həm də humanitar və miqrasiya böhranlarının qarşısının alınması üçün birgə iş aparmaq baxımından Əfqanıstanla bağlı vahid mövqe tutmasının vacibliyinə işarə edib.

Eyni zamanda, bildirilib ki, Conson və Makron vətəndaşlarının təxliyəsi də daxil olmaqla, Əfqanıstanla bağlı əməkdaşlığa ehtiyac olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR