Cozep Borrell Gürcüstan, Ukrayna, Moldova XİN başçıları ilə görüşəcək

David Zalkaliani, Dmitri Kuleba,  Aureliu Çokoy

© APA | David Zalkaliani, Dmitri Kuleba, Aureliu Çokoy

# 23 iyun 2021 13:13 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani, Moldova baş nazirinin fəaliyyətini icra edən, xarici işlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy və Ukrayna xarici işlər naziri Dmitri Kulebanı qəbul edəcək.

APA-nın Aİ-nin Xarici Fəaliyyət Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, görüş iyunun 24-də Brüsseldə baş tutacaq.

Rəsmilər Şərq Tərəfdaşlığı siyasəti çərçivəsində Aİ ilə üç tərəfdaş arasında əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR