Danimarka HHQ elektriklə işləyən təyyarələri qəbul etməklə dünyada ilkə imza atacaq

Danimarka HHQ elektriklə işləyən təyyarələri qəbul etməklə dünyada ilkə imza atacaq
# 03 iyun 2021 23:21 (UTC +04:00)

Danimarka dünyada ilk dəfə olaraq elektrik enerjisi ilə işləyən təkmühərrikli, Sloveniya istehsalı olan “Pipistrel Velis Electro” təyyarəsini Hərbi Hava Qüvvələrinə qəbul edən ilk ölkə oacaq.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki nəfərlik heyət üçün nəzərdə tutulmuş təyyarə 2021-ci ilin payızında “Green Aerolease” Fransa şirkəti tərəfindən Danimarkaya çatdırılacaq.

Təyyarələr iki illik sınaq müddəti keçməlidir.

“Pipistrel Velis Electro”nun iqlim təhlükəsizliyi baxımından əlverişli olduğu bildirilib.

Eyni zamanda yaratdığı səs-küy səviyyəsi son dərəcə aşağıdır - 60 dB-dən çox deyil ki, bu da öz növbəsində heyət nəfərləri arasındakı söhbətin həcminə uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR