Dünyada koronavirusa sutkalıq yoluxma və ölüm sayı azalmaqda davam edir

Dünyada koronavirusa sutkalıq yoluxma və ölüm sayı azalmaqda davam edir
# 26 may 2021 00:18 (UTC +04:00)

Dünyada son sutka ərzində 438 704 nəfər koronavirusa yoluxub, 9 322 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 167 011 807 yoluxma hadisəsi, 3 472 068 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (219 031) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (122 363) ilə Avropa (44 281) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR