Dünyada son sutkada koronavirusa 563 mindən çox yoluxma qeydə alınıb - VİDEO

Dünyada son sutkada koronavirusa 563 mindən çox yoluxma qeydə alınıb - VİDEO
# 23 may 2021 22:41 (UTC +04:00)

Dünyada son sutka ərzində 563 692 nəfər koronavirusa yoluxub, 11 548 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 166 346 635 yoluxma hadisəsi, 3 449 117 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 46 faizdən çoxu Cənub-Şərqi Asiyanın (264 237) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (197 131) ilə Avropa (48 617) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR