Əməliyyat olunan Roma Papası xəstəxanadan buraxılıb

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 14 iyul 2021 13:49 (UTC +04:00)

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

APA-nın “RaiNews 24”ə istinadən verdiyi xəbərə görə, Papa Fransisk bu gün səhər müalicə olunduğu "Augustino Gemelli" xəstəxanasını tərk edib.

Qeyd edək ki, iyulun 4-də xəstəxanaya yerləşdirilən 84 yaşlı Roma Papası bağırsağından əməliyyat olunub. Bu, 2013-cü ildən bəri Papa Fransiskin keçirdiyi ən ciddi cərrahi əməliyyatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR