Ərdoğan 10 ölkənin səfirinin “persona non qrata” elan olunması barədə tapşırıq verib - VİDEO

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 23 oktyabr 2021 18:35 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə fəaliyyət göstərən 10 ölkənin səfirinin “persona non qrata” elan olunmasını istəyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Əskişəhərdə millət bağçası, xalq kitabxanası və inşaatı başa çatan bir çox layihələrin açılışında danışarkən deyib.

R.T.Ərdoğan deyib ki, həmin səfirlərlə bağlı Türkiyənin xarici işlər nazirinə təlimat verib: “Bura Türkiyədir, zənn etdiyiniz qəbilə dövləti deyil. Lazım olan təlimatı xarici işlər nazirimizə verdim. Onların “arzuolunmayan adam” elan olunmasını bir an öncə həll edəcəksiniz, dedim. Türkiyəni anlamalı, bilməlidirlər, anlamadıqları halda, tərk edəcəklər. Millətimizə yan baxanla cüzi dostluğumuz belə ola bilməz”.

Qeyd edək ki, Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri bir həftə öncə ortaq bəyanat imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR