Ərdoğan: “"Amfibiya" təyyarələrinin sayı Rusiya, Ukrayna, Azərbaycan və İrandan gələn yanğınsöndürən təyyarələrlə birgə artıb”  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 31 iyul 2021 17:54 (UTC +04:00)

“Türkiyədə yanğının ağır təsirinə məruz qalan 5 rayondakı məhəllələri fəlakət bölgəsi elan etdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yanğından ən çox zərərə məruz qalan Manavqata səfəri zamanı bildirib.

Türkiyə Prezidenti deyib ki, yanğınlarla mübarizədə hazırda 13 yanğınsöndürən təyyarə fəaliyyətdədir: “"Amfibiya" təyyarələrinin sayı Rusiya, Ukrayna, Azərbaycan və İrandan gələn yanğınsöndürən təyyarələrlə birgə artıb”.

R.T.Ərdoğan yanğınların qəsdən törədilməsilə bağlı araşdırmaların davam etdirildiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR