Ərdoğan Boris Consonla görüşüb

Boris Conson və Rəcəb Tayyib Ərdoğan

© APA | Boris Conson və Rəcəb Tayyib Ərdoğan

# 14 iyun 2021 14:38 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə və Britaniya liderlərinin görüşü Brüsseldə NATO sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Xatırladaq ki, Türkiyə vaxtı ilə saat 18.00-da Ərdoğan ABŞ Prezidenti Co Baydenlə də görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR